“Düdelanj”a böyük hesabla qalib gəlib - NƏTİCƏLƏR

25-10-2019, 01:49           
“Düdelanj”a böyük hesabla qalib gəlib - NƏTİCƏLƏR
Bu gün Avropa Liqasında III turun oyunları keçirilib.

I dövrənin son oyun günündə 12 qrupda 24 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” öz meydanında Kipr APOEL-i ilə bacarmayıb – 2:2. A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”ı qəbul edib. İspaniya təmsilçisi bu qarşılaşmada da qələbə qazanıb.

Qonşu Türkiyənin üç komandası da meydana çıxıb. “Beşiktaş” öz meydanında “Braqa”ya uduzaraq üç məğlubiyyətlə K qrupunun sonuncu pilləsində qalıb.

“Başakşəhər” ilk qələbəsini J qrupunun lideri “Volfsberq” üzərində qazanıb və 2-ci sıraya yüksəlib. “Trabzonspor” isə “Krasnodar”a uduzub.

Qeyd edək ki, növbəti turun görüşləri noyabrın 7-də baş tutacaq.

Avropa Liqası
Qrup mərhələsi
III tur, 24 oktyabr

A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 2:2
Kintana, 13, Aylton, 59 – Medvedev, 29 (avtoqol), Hellenius, 45
23:00. “Sevilya” (İspaniya) – “Düdelanj” (Lüksemburq) – 3:0
Vaskes, 48, 75, El Haddadi, 78

B qrupu
23:00. “Dinamo” (K, Ukrayna) - “Kopenhagen” (Danimarka) – 1:1
Şabanov, 53 - Sotiriou, 2
23:00. “Malmö” (İsveç) – “Luqano” (İsveçrə) – 2:1
Berqet, 13 (pen.), Molins, 32 – Gerndt, 50

C qrupu
23:00. “Xetafe” (İspaniya) - “Bazel” (İsveçrə) – 0:1
Frey, 18
23:00. “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) – 0:2
Berq, 49, Vilhena, 90

D qrupu
23:00. PSV (Hollandiya) - LASK (Avstriya) – 0:0
23:00. “Sportinq” (Portuqaliya) – “Rusenborq” (Norveç) – 1:0
Bolasie, 70

E qrupu
23:00. “Renn” (Fransa) - ÇFR (Rumıniya) – 0:1
Deak, 9
23:00. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) - 2:1
Kristi, 67, Jülien, 89 - Lazzari, 40

F qrupu
23:00. “Ayntraxt” (Almaniya) - “Standard” (Belçika) – 2:1
Abraham, 28, Hinteregger, 73 –Arnella, 75
23:00. “Arsenal” (İngiltərə) – “Vitoriya” (Portuqaliya) – 3:2
Martinelli, 32, Pepe, 80, 90 – Edvards, 8, Duarte, 36

G qrupu
20:55. “Porto” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 1:1
Dias, 36 – Morelos, 44
20:55. “Yanq Boyz” (İsveçrə) – “Feyenoord” (Hollandiya) – 2:0
Assale, 14 (pen.), Nsame, 28 (pen.)

H qrupu
20:55. “Ludoqorets” (Bolqarıstan) - “Espanyol” (İspaniya) – 0:1
Kampuzano, 13
20:55. MOİK (Rusiya) – “Ferensvaroş” (Macarıstan) – 0:1
Varqa, 86

İ qrupu
20:55. “Gent” (Belçika) - “Volfsburq” (Almaniya) - 2:2
Yaremçuk, 41, 90 – Veqhost, 3, Viktor, 24
20:55. “Sent-Etyenn” (Fransa) – “Aleksandriya” (Ukrayna) – 1:1
Silva, 8 – Silva, 14 (avtoqol)

J qrupu
20:55. “Roma” (İtaliya) - “Borussiya” (M, Almaniya) – 1:1
Zaniolo, 32 – Ştindl, 90 (pen.)
20:55. “Başakşəhər” (Türkiyə) – “Volfsberq” (Avstriya) – 1:0
Kahveçi, 78

K qrupu
20:55. “Slovan” (Slovakiya) - “Vulverhempton” (İngiltərə) – 1:2
Sporar, 11 – Says, 58, Ximenes, 64 (pen.)
20:55. “Beşiktaş” (Türkiyə) – “Braqa” (Portuqaliya) – 1:2
Nayir, 71 – Horta, 38, Eduardo, 80

L qrupu
20:55. “Partizan” (Serbiya) - “Mançester Yunayted” (İngiltərə) – 0:1
Marsial, 43 (pen.)
20:55. “Alkmaar” (Hollandiya) – “Astana” (Qazaxıstan) – 6:0
Kopmeyners, 39 (pen.), 83 (pen.), Boadu, 43, Stengs, 77, Suqavara,85, İdrissi, 90

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru