La Liqada qonaqlar xal qazanmayıblar

27-10-2019, 08:16           
La Liqada qonaqlar xal qazanmayıblar
İspaniya La Liqasında XI turun oyunları keçirilir.

APA-nın məlumatına görə, turun ikinci günündə üç matç baş tutub.

“Barselona” və “Real”la qarşılaşmanın təxirə salındığı turun ilk iki günü meydan sahibləri üçün uğurlu alınıb. Bir gün öncə olduğu kimi yenə qonaqlar xala həsrət qalıblar.

“Atletiko” “Atletik”i yenərək liderə - “Barselona”ya çatıb. “Valyadolid” “Eybar”a, “Leqanes” isə “Malyorka”ya qalib gəlib.

Qeyd edək ki, tura oktyabrın 27-də yekun vurulacaq.

İspaniya La Liqası
XI tur
25 oktyabr
“Vilyarreal” – “Alaves” – 4:1
Ekambi, 13, 65, Moreno, 84, Ontiveros, 90 – Peres, 50
26 oktyabr
“Valyadolid” – “Eybar” – 2:0
Quardiola, 10, Salisu, 39
“Leqanes” – “Malyorka” – 1:0
Braytveyt, 31
“Atletiko” – “Atletik” – 2:0
Saul, 28, Morata, 64












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru