KİV: "Barselona" baş məşqçisini dəyişməyi planlaşdırır

27-10-2019, 08:21           
KİV: "Barselona" baş məşqçisini dəyişməyi planlaşdırır"Barselona" futbol klubu mövsümün sonunda baş məşqçisini dəyişməyi planlaşdırır.

"Report" xəbər verir ki, Ernesto Valverde ilə müqavilənin müddətinin artırılmayacağı bildirilir.

Futbol klubunun rəhbərliyi 55 yaşlı baş məşqçinin yerinə başqa kadr tapmağı nəzərdə tutur. Qeyd edilir ki, Ernesto Valverdenin rəhbərliyi altında Çempionlar Liqasının hər iki mövsümü "Barselona" üçün ümidsizliklə başa çatıb.

Hazırda klub rəhbərliyi baş məşqçi vəzifəsi üçün Ronald Kumanı nəzərdən keçirir. O, Niderland yığmasını çalışdırır.

Baş məşqçi vəzifəsinə digər namizəd Mark van Bommeldir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru