“Napoli” xal itirib, “Atalanta” darmadağına sevinib

28-10-2019, 03:14           
“Napoli” xal itirib, “Atalanta” darmadağına sevinib
İtaliya A seriyasında IX tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə 6 oyun keçirilib.

Bir gün öncə xal itirən “Yuventus”la “İnter”in ardından digər iddialı “Napoli” də heç-heçəylə kifayətlənib. Neapollular “Spal”la bacarmayıblar.

“Atalanta” isə “Udineze”ni darmadağın edib – 7:1. “Roma” “Milan” üzərində qələbə ilə üç xal qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 29-31-də keçiriləcək.

İtaliya A seriyası
IX tur
27 oktyabr
“Bolonya” – “Sampdoriya” – 2:1
Palasio, 48, Bani, 78 – Qabbiadini, 64
“Atalanta” – “Udineze” – 7:1
İliçiç, 21, 41, Muriel, 35 (pen.), 47, 75 (pen.), Paşaliç, 51, Traore, 83 – Okaka, 11
“Torino” – “Kalyari” – 1:1
Zaza, 69 – Nandez, 40
“Spal” – “Napoli” – 1:1
Kurtiç, 16 – Milik, 9
“Roma” – “Milan” – 2:1
Dzeko, 38, Zaniolo, 59 – Ernandes, 55
“Fiorentina” – “Latsio” – 1:2
Kyeza, 27 – Korrea, 22, İmmobile, 89












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru