“Sevilya” qalib gəlib, “Qranada” La Liqada liderliyə yüksəlib

28-10-2019, 04:15           
“Sevilya” qalib gəlib, “Qranada” La Liqada liderliyə yüksəlib
İspaniya La Liqasında X tur başa çatıb.

APA-nın məlumatına görə, turun son günündə 5 matç oynanılıb.

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibi “Sevilya” öz meydanında “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib. “Barselona” – “Real” oyunu təxirə salınan tur sürpriz liderin zirvəni ələ keçirməsi ilə nəticələnib. “Betis”ə qalib gələn “Qranada” 1-ci yerə yüksəlib.

Qeyd edək ki, XI turun matçları oktyabrın 29-31-də keçiriləcək.

İspaniya La Liqası
X tur
27 oktyabr
“Selta” – “Real-Sosyedad” – 0:1
İsak, 82
“Qranada” – “Betis” – 1:0
Vadilyo, 61
“Levante” – “Espanyol” – 0:1
Espinoza, 38
“Sevilya” – “Xetafe” – 2:0
Çiçarito, 69, Okampos, 78
“Osasuna” – “Valensiya” – 3:1
Oyer, 34, Qarsia, 48, Estupinan, 80 – Moreno, 14












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru