PSJ növbəti qələbəsini qazanıb

28-10-2019, 01:17           
PSJ növbəti qələbəsini qazanıb
Fransa Liqa1-də XI tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə üç matç keçirilib.

4 qolun vurulduğu “Sent-Etyenn” – “Amyen” görüşündə heç-heçə qeydə alınıb. “Renn” “Tuluza”nı son dəqiqələrdəki qol sayəsində məğlub edib.

Çempionatın lideri PSJ “Marsel”lə qarşılaşıb. Paytaxt təmsilçisi çətinlik çəkmədən qələbə qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 1-4-də keçiriləcək.

Fransa Liqa1
XI tur
27 oktyabr
“Renn” – “Tuluza” – 3:2
Nyanq, 3, Hunou, 6, Qboho, 90 – Dossevi, 41, Qradel, 84
“Sent-Etyenn” – “Amyen” – 2:2
Xazri, 45, Dibassi, 80 (avtoqol) – Mendoza, 68, Akolo, 76
PSJ – “Marsel” – 4:0
İkardi, 10, 26, Mbappe, 32, 44












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru