Dünyada cərimə zərbəsindən ən çox qol vurmuş futbolçular – Siyahıda qapıçı da var

30-10-2019, 15:57           
Dünyada cərimə zərbəsindən ən çox qol vurmuş futbolçular – Siyahıda qapıçı da var
“Barselona”nın argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının 10-cu turunda “Real Valedolid”lə görüşün 34-cü dəqiqəsində fərqlənməklə cərimə zərbələrindən vurduğu qolların sayını 50-yə çatdırıb.
Bu göstərici ilə Messi dünya futbol tarixində cərimə zərbələrindən fərqlənməklə 50 qol səddinə çatan 11-ci futbolçu olub.
Yeniavaz.com futbol tarixi ərzində cərimə zərbəsindən ən çox qol vuran futbolçuarı sizin diqqətinizə çatdırır.
1. Juniniyo Pernambukano 77 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Sport Do Resifi”, “Vasko De Qama”, “Olimpik Lion”, “Al-Qarafa”, “Nyu York Red Bulls”
2. Pele 70 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Santos”, “Nyu York Kosmos”
3. Ronaldinyo 66 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro”, “Fluminense”
4. Victor Leqrotaqli 66 qol. Oynadığı komandalar - Argentina Milli komandası, “Gimnazia Esgqrima”, “Çakrita Cuniyors”, “Atletiko Argentina”, “Yuventud Alianza”, “Independiente Rivadavia”, “Amerikco Tesorieri”
5. Devid Bekhem 65 qol. Oynadığı komandalar - İngiltərə Milli komandası, “Mançester Yunayted, “Preston Nort End”, “Real Madrid”, “Los Anceles Qalaksi”, “Milan”, PSJ
6. Maradona - 62 qol. Oynadığı komandalar - Argentina Milli komandası , “Argentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Seviliya”, “Nyuels Old Boyz”
7. Artur Zico - 62 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Flamenqo”, “Udineze”, “Kaşima Antlers”
8. Ronald Kuman - 60 qol. Oynadığı komandalar - Hollandiya Milli komandası, “Qroningen”, “Ayaks”, PSV, “Barselona”, “Feyenord”
9. Rocerio Seni 59 qol (qapıçı). Oynadığı komandalar - Braziliya Milli Komandası, “Sinop”, “San Paulo”
10. Cristiano Ronaldo 54 qol. Oynadığı komandalar - Portuqaliya Milli komandası, “Sportinq”, “Mançester Yunayted, “Real Madrid”, “Yuventus”
11. Lionel Messi 50 qol. Oynadığı komandalar - Argentina Milli komandası, “Barselona”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru