APOEL – “Qarabağ” matçı ona tapşırıldı

5-11-2019, 09:44           
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL (Kipr) – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Avstriya Futbol Federasiyasından olan Manuel Şüttenqruber idarə edəcək.

Ona bu işdə Roland Brandner və Robert Steinaxer yardım edəcək. Dördüncü hakim funksiyasını isə Kristofer Yaqer yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 7-si, saat 21:55-də keçiriləcək.

qafqazinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.