Vatikan Olimpiya Oyunlarına qatıla bilər

24-12-2019, 01:41           
Vatikan Olimpiya Oyunlarına qatıla bilər
Vatikanda Milli Olimpiya Komitəsi (MOK) yaradılacaq.

Bunu ölkənin idman naziri Malçor Sançes de Toka açıqlayıb.

O bildirib ki, cırtdan ölkə təmsilçisi bu niyyətini yaxın müddətdə gerçəkləşdirmək fikrindədir. Vatikanlılar 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırlar.

Qaydalara əsasən, MOK-un yaradılması üçün ölkənin ən azı 5 idman federasiyası beynəlxalq assosiasiyalar tərəfindən tanınmalıdır. Bu yöndə hərəkətə keçən vatikanlılar atletikadan başlayıblar. Ardınca futbol, taekvondo və kriket üzrə federasiyalar yaradılacaq və beynəlxalq təşkilatlara üzv olacaq. 5-ci idman növünün hansı olacağı ilə bağlı hələ müzakirələr yekunlaşmayıb. (apa)

WhatsAppFacebookFacebook MessengerTwitterShare












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru