Məşhur türkiyəli futbolçu 3-cü liqa komandasına transfer oldu

24-12-2019, 03:13           
Məşhur türkiyəli futbolçu 3-cü liqa komandasına transfer oldu
Bir vaxtlar Türkiyənin ən istedadlı və perspektivli futbolçularından sayılan Batuhan Karadeniz yeni komandaya transfer olub.

Publika.az xəbər verir ki, “Beşiktaş”ın məktəbində yetişmiş və “Trabzonspor” da daxil olmaqla 10 komandada çıxış etmiş hücumçu Türkiyənin 3-cü liqa klublarından olan “Tuzlaspor”a keçib. Artıq tərəflə müqavilə imzalayıblar və çempionatın ikinci dövrəsində futbolçu yeni komandasının heyətində forma geyinəcək.

Qeyd edək ki, istedadlı futbolçu Türkiyə yığmasının da formasını 2 dəfə geyinib. Lakin xarakteri səbəbindən o, karyera baxımından uğurlarını davam etdirə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru