UEFA iki yığmanın Bakıda məskunlaşacağını açıqlayıb –AVRO-2020

28-01-2020, 09:16           
UEFA iki yığmanın Bakıda məskunlaşacağını açıqlayıb –AVRO-2020
AVRO-2020-də iştirakı dəqiqləşən milli komandaların final mərhələsi zamanı məskunlaşacaqları təlim-məşq bazaları müəyyənləşib.

UEFA yığmaların seçimini açıqlayıb.

İki komanda Azərbaycanda məskunlaşacaq. A qrupunda yer alacaq Uels və Türkiyə qrup mərhələsi boyunca Bakıda qalacaq. Qrupun digər komandaları İsveçrə və İtaliya sonuncuların ölkəsində yerləşəcək.

Daha 9 yığma öz evində qalacaq. Bunlar Avstriya, Belçika, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Rusiya və İspaniyadır.

Digər iştirakçılardan Çexiya və Xorvatiya Şotlandiyada, Polşa ilə İsveç İrlandiyada qalacaq. Portuqaliya Macarıstanı, Ukrayna Rumıniyanı, Finlandiya isə Rusiyanı seçib.

Qeyd edək ki, iyunun 12-dən iyuliun 12-dək Avropanın 12 şəhərində keçiriləcək yarışın son 4 iştirakçısı pley-offda bəlli olacaq. (Apasport.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru