Braziliya millisi olimpiadaya vəsiqə qazandı

10-02-2020, 09:26           
Braziliya millisi olimpiadaya vəsiqə qazandı
Braziliyanın futbol komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, ölkənin olimpiya yığması təsnifatın son turunda Argentina millisini 3:0 hesabı ilə məğlub edib. Braziliya bu nəticədən sonra qrupda ikinci yeri tutub və olimpiadada iştirak hüquqquna yiyələnib.

Argentina yığması isə daha öncə "Tokio-2020"yə lisenziya əldə edib. Uruqvay və Kolumbiya müvafiq olaraq üçüncü və dördüncü yerləri tutub və Yaponiyanın paytaxtındakı yarışa qatıla bilməyib.

Qeyd edək ki, "Tokio-2020" 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru