“Real”dan səfərdə darmadağın

10-02-2020, 11:27           
“Real”dan səfərdə darmadağın
Futbol üzrə İspaniya çempionatında növbəti turun oyunları keçirilib.

Cebhe.info xəbər verir ki, “Real Sosyedad” öz meydanında “Atletik”i 2-1 hesabı ilə məğlub edib. Çempionatın lideri Madridin “Real” klubu səfərdə “Osasuna”nın qonağı olub. Hesabı 14-cü dəqiqədə meydan sahibləri açıb. Unai Qarsiya “kral klubu”nu “cəzalandırıb”.

Qonaqlar oyunun ilk yarım saatından sonra özlərinə gəlib. 33-cü dəqiqədə İsko fərqlənib. 38-ci dəqiqədə kapitan Serxio Ramos hesabı 2-1-ə çatdırıb. Lukas 84-cü dəqiqədə Kərim Benzemanın ötürməsini qola çevirib. Lakin bu son olmayıb. Luka Yovis 92-ci dəqiqədə meydan sahiblərini məyus edib. Oyun 4-1 hesabı ilə “Real”ın xeyrinə başa çatıb. Bu qələbədən sonra Zinəddin Zidanın komandası 23 oyundan 52 xalla vahid liderdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru