Millimizin hücumçusu debüt oyununda het-trik etdi - VİDEO

8-03-2020, 22:40           
Millimizin hücumçusu debüt oyununda het-trik etdi - VİDEO
Futbol üzrə ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rizinq” də yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda ilk turda doğma meydanda “Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1.

Qarşılaşmaya start heyətdə başlayan Rüfət het-triklə yadda qalıb. O, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində müstəsna rol oynayıb.

Xatırladaq ki, Dadaşov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Finiks Rizinq”ə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru