"Real" "Betis"ə uduzub

9-03-2020, 01:47           
"Real" "Betis"ə uduzub
İspaniya La Liqasında XXVII turun mübarizəsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, son gündə 5 oyun keçirilib.

"Real" elitada qalmaq uğrunda mübarizə aparan "Betis"in qonağı olub. Ötən turda "El Klasiko"da "Barselona"nı məğlub edərək, liderliyə yüksələn "kral klubu" əndəlüs təmsilçisi önündə büdrəyib. Son dəqiqələrdə qol buraxaraq məğlub olan madridlilər yenidən ikinci pilləyə yuvarlanıblar.

Avrokubok şansı davam edən "Vilyarreal" gözlənilmədən doğma azarkeşləri önündə təhlükəli zonada qərarlaşan "Leqanes"ə yenilib. Həmçinin "Valyadolid" də ev matçında "Atletik"ə böyük hesabla uduzub.

İspaniya La Liqası
XXVII tur
8 mart
"Osasuna" - "Espanyol" - 1:0
Roberto Torres, 51 (pen.)
"Valyadolid" - "Atletik" - 1:4
Sandro Ramires, 76 - Unay Lopes, 4; Raul Qarsiya, 24; Villiams, 87; Kordoba, 90+3
"Levante" - "Qranada" - 1:1
Roje, 11 - Maçis, 60
"Vilyarreal" - "Leqanes" - 1:2
Moreno, 5 - Oskar, 47, 70 (pen.)
"Betis" - "Real" - 2:1
Sidney, 40; Telyo, 82 - Benzema, 45+3 (pen.)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru