İngiltərənin məşhur klubu satışa çıxarıldı

9-03-2020, 11:09           
İngiltərənin məşhur klubu satışa çıxarıldı
Çinli iş adamı Yao Çzişen sahibi olduğu İngiltərənin "Sautgempton" futbol klubunu satışa çıxarıb.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, Çzişen kluba 250 milyon funt-sterlinq qiymət qoyub. "Sautgempton"dakı həssələrinin 80 faizini satmaq niyyətindədir. Qeyd edək ki, asiyalı futbol funksioneri klubu 2017-ci ildə Katarina Libherrdən 250 milyon funt-sterlinq qarşılığında satın alıb. 3 ildir Yao Çzişenin nəzarətində olan klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Hazırda komandaya avstriyalı mütəxəssis Ralf Hazenhüttl başçılıq edir. "Sautgempton" isə 29 oyundan sonra 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru