Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürür

10-03-2020, 01:28           
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürür
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlayacaq.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 1/4 final mərhələsinin iki iştirakçısı bəlli olacaq.

Valensiyada eyniadlı komanda çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. “Yarasalar” “Atalanta”dan böyükhesablı məğlubiyyətin əvəzini çıxmalıdır.

“Tottenhem” isə evdə aldığı yenilgini unutdurmaq üçün Almaniyaya yollanıb. Londonlular 1/4 final iddiasında olan “Leypsiq”i mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, martın 11-də PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 1:4

00:00. “Leypsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”
İlk oyun – 1:0

ApaSport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru