Podolski “Antalyaspor”u məğlubiyyətdən xilas edib

10-03-2020, 02:29           
Podolski “Antalyaspor”u məğlubiyyətdən xilas edib
Türkiyə Super Liqasında XXV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün turun son oyunu keçirilib.

Günün yeganə matçı Ankarada baş tutub. “Gənclərbirliyi” turnir cədvəlindəki qonşusu “Antalyaspor”u qəbul edib.

Oyundakı hər iki qol fasilədən sonra vurulub. Covanni Sio meydan sahiblərini önə çıxarsa da, Lukas Podolski Antalya təmsilçisini məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, növbəti turun oyunları martın 13-16-da, təxirə salınmış “Yeni Malatyaspor” – “Trabzonspor” matçı isə ayın 11-də, “Göztəpə” – “Rizəspor” qarşılaşması isə 17-də keçiriləcək.

Türkiyə Super Liqası
XXV tur
9 mart
“Gənclərbirliyi” – “Antalyaspor” – 1:1
Sio, 53 – Podolski, 82












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru