Çempionlar Liqası: PSJ “Borussiya”nı, “Liverpul” “Atletiko”nu sınağa çəkəcək

11-03-2020, 03:09           
Çempionlar Liqası: PSJ “Borussiya”nı, “Liverpul” “Atletiko”nu sınağa çəkəcək
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 1/4 finalın növbəti iştirakçıları Fransa və İngiltərədə bəlli olacaq.

Yarışın son qalibi “Liverpul” öz meydanında “Atletiko”nu qəbul edəcək. İspaniya klubu evdə qazandığı minimal üstünlüyü “Enfild Roud”da qorumağa çalışacaq. Yurgen Kloppun yetirmələri isə Premyer Liqada çempionluğu böyük ölçüdə həll etdiyindən qitənin ən nüfuzlu klub turnirinə köklənib.

Fransa paytaxtı isə PSJ ilə “Borussiya”nın duelinə şahid olacaq. Azarkeşsiz keçiriləcək matçda meydan sahibləri ilk oyundakı məğlubiyyətin əvəzini çıxmalıdır. Dortmund təmsilçisi isə evdəki qələbənin təsadüf olmadığını sübut etmək niyyətindədir.

Qeyd edək ki, cavab oyunlarının ilk günündə “Leypsiq” (Almaniya) və “Atalanta” (İtaliya) 1/4 finala yüksəlib. 1/8 final mərhələsinə martın 17-18-də yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”
İlk oyun – 1:2

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”
İlk oyun – 0:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru