"Mançester Siti" - "Arsenal" oyunu koronavirusa görə təxirə salındı

11-03-2020, 08:31           
"Mançester Siti" - "Arsenal" oyunu koronavirusa görə təxirə salındı
İngiltərə Premyer Liqasının 28-ci turunun "Mançester Siti” və "Arsenal” komandaları arasında bu günə planlaşdırılan görüşü təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə liqanın rəsmi saytında bildirilir.

Qeyd edilir ki, bu, "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Yevangelos Marinakisin koronavirusla yoluxması ilə bağlıdır. İki həftə əvvəl "Arsenal"ın oyunçuları Avropa Liqasında yunan klubu ilə qarşılaşıblar və funksioner bəzi oyunçularla təmasda olub.

Londonlular və "şəhərlilər" tibbi tövsiyələri nəzərə alaraq, matçı qeyri-müəyyən müddətə təxirə salmağa qərar veriblər. Liqa bu qərarı dəstəkləyib.

Bildirilir ki, premyer liqanın digər oyunlarının təxirə salınması planlaşdırılmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru