İtaliya A Seriyası Liqasının oyunları davam etdiriləcək

21-04-2020, 07:49           
İtaliya A Seriyası Liqasının oyunları davam etdiriləcək
İtaliya A Seriyası Liqası Şurasının iclası keçirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, iclasda 2019/2020 mövsümün pandemiyaya görə dayandırılmış digər matçlarının başa çatdırılması barədə qərar qəbul edilib.

"İtaliya A Seriyası Liqasının Şura iclası hökumətin icazə verəcəyi təqdirdə 2019/2020 mövsümü matçlarının oynanılıb başa çatdırılması barədə niyyətini yekdilliklə təsdiq edib.

“İkinci mərhələ” adlandırılan idman fəallığının bərpa edilməsi FİFA və UEFA-nın göstərişlərinə, İtaliya Futbol Federasiyasının qərarlarına, həmçinin futbolçuların və bütün işçilərin müdafiəsi üzrə tibbi protokollara uyğun olacaq", - A Seriyanın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru