Teymur Rəcəbov FIDE prezidentinin komandasında

24-04-2020, 09:06           
Teymur Rəcəbov FIDE prezidentinin komandasında
Şahmat üzrə Onlayn Millətlər Kubokunda iştirak edəcək dünya yığmasının heyəti açıqlanıb.

Publika.az-ın məlumatına görə, Teymur Rəcəbovun yer aldığı komandanın digər üzvləri də müəyyənləşib.

FIDE prezidenti Arkadi Dvorkoviçin kapitan olduğu komandanın tərkibində azərbaycanlı şahmatçıdan başqa, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da yer alıb.

Ehtiyat heyətə isə perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakasova daxil edilib.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçiriləcək və 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru