UEFA klublara yardım edəcək - 70 milyon avro

25-04-2020, 00:00           
UEFA klublara yardım edəcək - 70 milyon avro
UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək.
Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, UEFA bayrağı ilə yarışlarda iştirak edən 55 milli assosiasiyanın 676 klubuna ümumilikdə 70 milyon avro yardım ediləcək.
Qeyd edək ki, aprelin 23-də keçirilən videomüşavirədə qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həlli ilə bağlı planların tərtib olunması üçün yerli assosiasiyalara mayın 27-nə qədər vaxt verilsin. Həmin gün UEFA-nın İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirə edəcək. (modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru