"Bavariya" bir gündə 100 min tibbi maska satdı

26-04-2020, 00:02           
"Bavariya" bir gündə 100 min tibbi maska satdı
Almaniyanın "Bavariya" klubu bir gün ərzində komandanın rənglərini özündə əks etdirən 100 min qoruyucu maska satışı həyata keçirib.

"Report" yerli mətbuata istinadla xəbər verir ki, satışdan əldə olunan gəlir koronavirusla mübarizədə iştirak edən xeyriyyə cəmiyyətlərinə və sosial qurumların hesablarına köçürüləcək.

“Biz bu addımla baş nazir Markus Sederin “Pandemiya ilə mübarizədə nizam-intizam nümunəsi olmaq lazımdır” çağırışına qoşulduğumuzu göstəririk və bunun üçün hər şeyi edəcəyik” - deyə, Münhen təmsilçisinin direktorlar şurasının sədri Karl Haynts-Rummenige bildirib

Qeyd edək ki, maskalar "Bavariya"nın 120 illik yubileyi münasibətilə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi" ilə cavab matçında azarkeşlərə verilməsi nəzərdə tutulan şarflardan hazırlanıb. Uşaqlar üçün maskaların qiyməti 5,95 avro, böyüklər üçün isə 6.95 avrodur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.