İngiltərə Premyer Liqası BƏRPA OLUNUR - Bir şərtlə...

2-05-2020, 06:52           
İngiltərə Premyer Liqası BƏRPA OLUNUR - Bir şərtlə...
İngiltərə Premyer Liqasının klubları yerli hökumət razılıq verəcəyi təqdirdə çempionatın qalan oyunlarını keçirmək niyyətindədirlər.

Publika.az-ın məlumatına görə, bu barədə yarışın rəsmi saytının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, komandalar idman prinsiplərini qorumaq məqsədilə çempionatın başa çatıdırılmasını istəyirlər: "Klublar dövlətin dəstəyinə görə minnətdardırlar. Premyer Liqa təmsilçiləri yalnız hökumətin razılığı ilə mütəxəssislərin rəhbərliyi altında, futbolçu və baş məşqçilərlə məsləhətləşmədən sonra məşqlərə başlamaq və oyunları başlatmaq üçün ilk addımları nəzərdən keçirirlər", - məlumatda vurğulanıb.

"The Sun" nəşri isə iddia edib ki, klublar mayın 18-dən məşqlərə başlaya bilərlər. Çempionatın iyunun 12-də bərpa olunacağı, matçların isə neytral meydançalarda keçirilə biləcəyi istisna olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru