İngiltərə Premyer Liqası Avstraliyada başa çatdırıla bilər

3-05-2020, 09:34           
İngiltərə Premyer Liqası Avstraliyada başa çatdırıla bilər
Futbol üzrə İngiltərə çempionatının rəhbərliyinə mövsümün pandemiyaya görə dayandırılmış matçlarının Avstraliyada oynanılıb başa çatdırılmağı təklif edilib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri bildirib.

Yerli senatorun iddiasına görə, futbol agenti Geri Uilyams İngiltərə Premyer Liqasının rəhbərliyinə çempionatı Avstraliyanın Pert şəhərində başa çatdırmağı təklif edib. Şəhər pandemiyadan az zərər çəkib və "Yer kürəsində ən təhlükəsiz yerdir".

Uilyamsın fikrincə, belə qərar oyunçular üçün daha rahat şəraitə zəmanət verir, polisi klubların məşq bazalarını qorumaq zərurətindən qurtaracaq.

İngiltərə çempionatı martın 13-də dayandırılıb, yarışın qalan 92 matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Cümə günü liqa klubları müşavirə keçirib və əgər hökumətdən icazə olarsa, çempionatı oynayıb qurtarmağı razılaşdırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru