Elnur Məmmədlinin məğlub etdiyi cüdoçu azyaşlıya təcavüzə görə saxlanıldı

3-05-2020, 20:44           
Elnur Məmmədlinin məğlub etdiyi cüdoçu azyaşlıya təcavüzə görə saxlanıldı
Azərbaycanlı cüdoçu Elnur Məmmədlinin 2008-ci ildə Pekində keçiriliən Olimpiya Oyunlarının finalında məğlub etdiyi Cənubi Kareyalı Van Ki Çun saxlanılıb.

Yenisabah.az Rusiya mediasına istinadən xəbər verir ki, 32 yaşlı cüdoçu yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılığa görə ittiham edilir.

Bu ilin mart ayında hüquq-mühafizə orqanlarına Çunla bağlı şikayət daxil olub. Bundan sonra onun haqqında istintaq başlanılıb.

Məlumata görə, 2009-cu ildə də idmançı gecə klubunda baş vermiş qarşıdurmaya görə saxlanlıb. Lakin ittihamlar əsassız sayıldığı üçün həbs olunmayıb.

Qeyd edək ki, Pekin-2008 Yay Olimpiya Oyunlarının finalında E.Məmmədli 13 saniyə ərzində Van Ki Çunu məğlub edərək rekorda imza atmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru