Məşhur azərbaycanlı idmançı SAXLANILDI

5-05-2020, 00:19           
Məşhur azərbaycanlı idmançı SAXLANILDI
Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Son aylarda dəfələrlə həbs edilən milli fəal Təbriz şəhərində tutulub.

Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

O, daha öncə fevralın 27-də Qərbi Azərbaycan vilayətinin kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında, ictimai asayişi pozmaq ittihamı ilə İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanıldıqdan bir neçə gün sonra sərbəst buraxılmışdı. Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində saxlanılmışdı. \\Teleqraf












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.