“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

6-05-2020, 00:00           
“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb
İspaniyanın “Real” klubunun sabiq vitse-prezidenti Amador Suares koronovirusdan ölüb.

Bunu Madrid təmsilçisinin rəsmi saytı açıqlayıb.

40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.

Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronovirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib. \\Apasport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru