FIFA AFFA-nın müraciətini müsbət cavablandıracaq

6-05-2020, 09:32           
FIFA AFFA-nın müraciətini müsbət cavablandıracaq
FIFA matçlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub.

"Report" "Marca"ya istinadən xəbər verir ki, müvafiq sənəd artıq hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Təklifin məsləhət xarakteri daşıyacağı bildirilir. FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, FIFA aprelin sonunda oyunçuları zədələrdən qorumaq üçün qarşılaşmalardakı əvəzetmə sayının üçdən beşə artırılmasını təklif edib.

Daha öncə AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib. Dünyanın əksər ölkələrindəki çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru