Falkao “Qalatasaray“la bağlı qərarını verdi

6-05-2020, 22:11           
Falkao “Qalatasaray“la bağlı qərarını verdi
"Qalatasaray" klubunun kolumbiyalı ulduzu Radamel Falkao məşhur "ESPN" nəşrinə açıqlama verib.

Teref.az xəbər verir ki, 34 yaşlı hücumçu Türkiyə karyerası barədə danışıb. Falkao burada əsas çətinliyinin türk dilini öyrənməyi olduğunu bildirib. Futbolçu bu işdə ona "Cimbom"un qapıçısı Fernando Musleranın kömək etdiyini deyib:

"Türkiyədə dil çox çətin və qarışıqdır. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada atmosfer əladır. Küçəyə çıxdıqda azarkeşlərin isti münasibətini görürsən".

Falkao həmçinin "Qalatasaray"dan ayrılma ehtimalı barədə yayılan xəbərlərə də münasibət bildirib. Təcrübəli forvard "Qalatasaray"da qalmaq istədiyini bildirib:

"Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".

Qeyd edək ki, futbolçu ötən il "Qalatasaray"a transfer edilib. /Offsideplus.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru