UEFA Azərbaycan klublarına pul ödədi – SİYAHI

7-05-2020, 11:59           
UEFA Azərbaycan klublarına pul ödədi – SİYAHI
UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları əsas milli komandaların heyətinə cəlb olunmuş Azərbaycan klubları üçün 1 milyon 137 min 773,20 avro ayırıb.

Teref.az-ın məlumatına görə, həmin pul vəsaiti AFFA-nın vasitəsilə Premyer Liqa klublarının hesabına köçürülüb:

“Qarabağ” – 436 min 696,69 avro

“Neftçi” – 210 min 117,58 avro

“Səbail” – 172 min 144,67 avro

“Sabah” – 88 min 895,90 avro

“Qəbələ” – 80 min 514,21 avro

“Sumqayıt” – 64 min 651,56 avro

“Zirə” – 47 min 870,83 avro

“Keşlə” – 36 min 881,76 avro

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək./report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru