Fransa çempionatının ən yaxşı bombardiri məlum oldu

8-05-2020, 09:24           
Fransa çempionatının ən yaxşı bombardiri məlum oldu
“Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Kilian Mbappe rəsmən Birinci Liqanın ən yaxşı bombardiri adlandırılıb.

“Report” xəbər verir ki, Mbappe Fransa çempionatının cari oyunlarında 18 qol vurub. Hücumçu iştirak etdiyi bütün oyunlarda fərqlənib.

Mbappe ikinci mövsümdür ki, Birinci Liqanın ən yaxşı bombardiri elan edilib.

"Monako"nun hücumçusu Vissam Ben-Yedder də həmin sayda qol vurub. Lakin qolların üçü penalti ilə reallaşıb. O, buna görə bombardirlər siyahısında ikinci yer tutub.

Siyahıda üçüncü yerdə “Lion”un hücumçusu Musa Dembele qərarlaşıb. Hücumçusu oyunlarda komandasını və azarkeşləri 16 dəfə sevindirib.

Aprelin 30-da Birinci Liqa turnirin vaxtından əvvəl tamamlanmasına baxmayaraq, "PSJ"-ni Fransa çempionu elan edib. Daha əvvəl Fransanın baş naziri Eduard Filipp bildirib ki, koronavirus pandemiyasına görə Birinci Liqada 2019/2020-ci il mövsümü sona qədər oynanılmayacaq.

Fransa çempionatında 28 tur oynanılıb. Birinci Liqanın yarış cədvəlinə əsasən, Çempionlar Liqasına PSJ, "Marsel" və "Renn", Avropa Liqasına "Lill", "Reyms", "Amyen" və "Tuluza" komandaları çıxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru