Rəcəbov Ananda uduzdu

9-05-2020, 00:35           
Rəcəbov Ananda uduzdu
Mayın 8-də şahmat üzrə Millətlər Kuboku turnirində yeddinci və səkkizinci turların oyunları keçirilib.

Axar.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması yeddinci turda Hindistan komandasına 1,5:2,5 hesabı ilə məğlub olub. Şahmatçımız T.Rəcəbovun oyunu da uğurlu alınmayıb. Belə ki, T.Rəcəbov rəqibi Vişvanatan Ananda uduzub. Turun digər oyunlarında ABŞ yığması Rusiya, Çin millisi Avropa komandalarına 2,5:1,5 hesabı ilə qalib gəliblər.

Günün ikinci qarşılaşmasında, səkkizinci turun oyunlarında ABŞ komandası ilə mübarizə aparan dünya yığması növbəti məğlubiyyətlə üzləşib - 1:3. T.Rəcəbov isə bu tur istirahət edib. Səkkizinci turun digər matçlarında Rusiya Çin komandasına qalib gəlib, Avropa yığması Hindistan millisi ilə heç-heçə edib.

Ötən turların yekun nəticələrinə görə, Çin komandası 15 xalla liderliyini davam etdirir. ABŞ komandası 11 xalla ikinci, Avropa yığması 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya, Hindistan komandaları hərəyə 5 xal, dünya yığması 2 xal qazanıb.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru