Teymur Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu olub

10-05-2020, 00:01           
Teymur Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu olub
Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub. FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.

Birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər. Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub.

Beləliklə, mayın 10-da keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru