“Report” xəbər verir ki, hərracdan əldə ediləcək vəsait ispan xəstəxanalarının koronavirusla mübarizəsinə yardım üçün sərf ediləcək.
"Koronavirusla bağlı xəstəxanalar, tibb bacıları, həkimlər, bütün tibb personalı və pasiyentlər köməyimizə ehtiyac duyduğu indiki dəhşətli vaxtda biz narahatlıq keçiririk. İspaniya koronavirus pandemiyasına görə çox əzab çəkir və mən buna görə kömək etmək istəyirəm. Mən sevimli geyimimi, həmçinin unikal və olduqca xüsusi predmeti, “Yuventus”un üzərinə Kriştianu Ronaldu yazılmış futbolkasını hərraca çıxarmağa hazıram. Mənim satışımın ümumi həcmi COVID-19 ilə mübarizə üçün ispan xəstəxanalarına ianə ediləcək", - Rodriqes “Instagram”dakı hesabında yazıb.