Nurməhəmmədov-Geyci döyüşünün vaxtı açıqlandı - FOTO

13-05-2020, 08:45           
Nurməhəmmədov-Geyci döyüşünün vaxtı açıqlandı - FOTO
Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Dağıstan idmançısı Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtını elan edib.

Bu barədə “Report” ESPN-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, çempionluq kəməri uğrunda yüngül çəkidə təkbətək döyüş bu yay qarışıq döyüş növləri üzrə Amerika nümayəndəsi Jastin Geyciyə qarşı keçiriləcək. Döyüş adada təşkil olunacaq.

"Bu adada ilk yarışın olub-olmadığını bilmirəm, amma biz onların məhz orada döyüşəcəyini gözləyirik”, - o deyib.

Mütləq Döyüş Çempionatının prezidenti həmin vaxta qədər dünyada koronavirusla bağlı vəziyyətin normallaşacağına inamını ifadə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru