“Ərzurumspor”da 11 nəfərin koronavirus testi pozitiv çıxıb
14-05-2020, 06:25
Türkiyə futbolunda növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.
APA-nın “Anadolu” xəbər agentliyinə istinadən məlumatına görə, Türkiyənin 1-ci liqasının “Ərzurumspor” futbol klubunda 4-ü komanda üzvü olmaqla, 11 nəfərdə yeni növ koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb.
Klubdan verilən məlumata görə, səhhətindən şübhələnən daha 12 nəfər təkrar testdən keçmək üçün xəstəxanaya göndərilib.