Azərbaycanlı şərhçi matçın sonunda meyxana dedi - Video

16-05-2020, 00:01           
Azərbaycanlı şərhçi matçın sonunda meyxana dedi - Video
Almaniya Bundesliqasının bu gün bərpa olunan matçlarından Rur derbisi olan “Borusiya” (Dortmund) – “Şalke” oyununun sonluğu “İdman TV”nin şərhçisi İsmayıl Abdullayev tərəfindən özünəməxsus şəkildə sonlandırılıb.

Teref.az xəbər verir ki, oyunun gedişatında “utan, ay koronavirus, gör, sən bizi nə günlərə salmısan” deyən tanınmış şərhçi yekun nitqini meyxana ilə tamamlayıb:

“Derbinin adı – Rur, qurtardı, getdi,

Qol oldu – vurhavur, qurtardı, getdi”.

Qeyd edək ki, azarkeşsiz keçirilən Rur derbisinndə Dortmund klubu əzəli rəqibini 4:0 hesabı ilə darmadağın edib. /Oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.