Şəhriyar Məmmədyarov 4-cü oldu

18-05-2020, 01:59           
Şəhriyar Məmmədyarov 4-cü oldu
Mayın 17-də blits üzrə onlayn Vilhelm Steynits memorialı başa çatıb.


Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçı Cefri Ksionq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Quanq Liemə qalib gələn şahmatçımız ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.


Yekun nəticələrə görə şahmatçımız 9,5 xalla 4-cü yeri tutub. Turnirin qalibi 12 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub. Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru