FIFA koronavirusla mübarizə üçün xeyriyyə matçı keçirəcək –Tarixdə ilk dəfə

19-05-2020, 00:07           
FIFA koronavirusla mübarizə üçün xeyriyyə matçı keçirəcək –Tarixdə ilk dəfə
FIFA Fondu tarixi ərzində ilk dəfə rəsmi xeyriyyə futbol matçı təşkil edəcək.

“Qurumun rəsmi saytının məlumatına görə, oyunun təşkilində əsas məqsəd diaqnostika, terapiya və vaksinlər də daxil olmaqla, koronavirusun müalicəsində yeni vacib texnologiyaların inkişafını və istehsalını sürətləndirmək üçün qlobal əməkdaşlıq etməkdir.

Aksiya ilə bağlı fikirlərini bölüşən FIFA prezidenti Canni İnfantino bildirib ki, pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün həmrəylik nümayiş etdirmək niyyətindədirlər: “Biz bir neçə digər kampaniyalar vasitəsilə maarifləndirmə işlərində fəal iştirak etmiş və bu problemin həllinə maliyyə töhfəsi vermişik. İndi isə sağlamlıqla bağlı vəziyyət imkan verdikdə, hətta bu, bir neçə aydan sonra olsa belə, qlobal maliyyə yardımı toplama aksiyası təşkil etməyi özümüzə borc bilirik”.

FIFA Fondunun baş direktoru Yuri Corkayeff isə qeyd edib ki, bu unikal hadisə, oyunun yeri, tarixi, iştirakçıları və formatı barədə müvafiq vaxtda ətraflı məlumat veriləcək. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru