Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu

19-05-2020, 01:35           
Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu
Bir müddət öncə xəstəxanaya yerləşdirilən Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.

Hazırda, Həbib Nurməhəmmədovun atası Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. Əvvəlcə pnevmoniya ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb. Hazırda idmançının atası süni nəfəs aparatına qoşulub.

“Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır”-deyə, Həbib Nurməhəmmədov bildirib. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru