"Bayer" səfərdə "Verder"i darmadağın etdi

19-05-2020, 00:37           
"Bayer" səfərdə "Verder"i darmadağın etdi
Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun son oyunu "Verder" və "Bayer" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Bremendəki "Vezerştadion"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1. "Bayer"in qollarından ikisini Kay Haverts 28-ci və 33-cü dəqiqələrdə vurub. Həmçinin Mitçell Vayzer 61-ci, Kerem Demirbay 78-ci dəqiqə fərqlənib. "Verder"in yeganə qoluna isə 30-cu dəqiqədə Teodor Gebre Selassie imza atıb.

Bununla da xalını 50-yə çatdıran "Bayer" 5-ci pillədə möhkəmlənib. 18 xala və ehtiyatda bir oyuna malik "Verder" isə 17-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru