Ronaldo: “Lui dirijor idi, biz isə onun orkestri”

23-05-2020, 08:14           
Ronaldo: “Lui dirijor idi, biz isə onun orkestri”
"İnter" futbol komandasının keçmiş hücumçusu Ronaldo İtaliya komandasının keçmiş baş məşqçisi Luicı Simoninin ölümü ilə bağlı başsağlığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə keçmiş futbolçu özünün "Instagram” səhifəsində yazıb.

“Luicı Simoni mənim üçün yalnız məşqçi deyildi. Əgər mən Lui haqqında düşünürəmsə, müdrik və yaxşı insanı yada salıram, hansı ki, sənə bir şeyi etməyi təkcə əmr etmirdi, izah edirdi ki, bunu niyə belə etmək lazımdır. Mən öz müəllimim haqqında düşünürəm. Lui dirijor idi, biz isə onun orkestri".

Mən onun təbəssümünü, sakit səsini və məsləhətlərini xatırlayıram. Biz bacarırdıq və daha çox mükafat əldə etməli idik, amma həmişə birlikdə qalib gəlirdik və bizi buna o öyrədirdi. Təşəkkür, cənab! Siz mənə təqdim edə biləcəyinizdən çox şey öyrətdiniz", - Ronaldu "İnstagram"da yazıb.

Daha əvvəl Milan "İnter”i özünün rəsmi saytında keçmiş futbolçu və məşqçi Luicı Simoninin ölümü haqqında bildirib. Mütəxəssis mayın 22-də 82 yaşında ölüb. Ronaldo Simoninin rəhbərliyi altında 1998-ci ildə "İnter"lə UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru