Şahmat üzrə dünya çempionatı TƏXİRƏ DÜŞDÜ

25-05-2020, 00:06           
Şahmat üzrə dünya çempionatı TƏXİRƏ DÜŞDÜ
Rumıniyanın Mamaya şəhərində keçirilməli olan şahmat üzrə dünya çempionatı təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Turnir 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçiriləcəkdi. Yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru