Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb

26-05-2020, 00:34           
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
Çempionlar Liqasında tarixin 10 ən yaxşı baş məşqçisi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Squawka” portalının tərtib etdiyi siyahıya fransalı Zinəddin Zidan başçılıq edir.

Ardıcıl üç dəfə “Real”la Çempionlar Liqasının qalibi olan mütəxəssis 2016-18-ci illərdəki nailiyyətə görə hamını qabaqlayıb. İkinci sırada ispaniyalı Pep Qvardiola qərarlaşıb. 8 klubla Çempionlar Liqasına çıxan Karlo Ançelotti üçüncü olub.

1. Zinəddin Zidan (“Real”)
2. Pep Qvardiola (“Barselona”, “Bavariya”, “Mançester Siti”)
3. Karlo Ançelotti (“Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Real”, “Bavariya”, “Napoli”)
4. Joze Mourinyo (“Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem”)
5. Lui Van Qal (“Ayaks”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted”)
6. Aleks Ferqyuson (“Mançester Yunayted”)
7. Yupp Haynkes (“Real”, “Bavariya”)
8. Visente del Boske (“Real”)
9. Rafael Benites (“Liverpul”, “İnter”, “Çelsi”, “Napoli”, “Real”)
10. Ottmar Hitsfeld (“Borussiya” D, “Bavariya”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru