Ulduz futboçu məşqlərdən imtina etdi

28-05-2020, 08:21           
Ulduz futboçu məşqlərdən imtina etdi
“Breşiya” klubunun futbolçusu Mario Balotelli əsas komandanın məşqlərində iştirak etmir.

Publika.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Balotelli, “Breşiya”nın əsas komandasıyla məşq etməkdən imtina edib və o, gənclərdən ibarət komanda üçün ayrılmış sahədə məşq edir.

“Breşiya” italyan hücumçuyla müqaviləyə xitam verəcək. Klubun yaxın zamanda bu haqda rəsmi məlumat yayacağı bildirilir.

Balotelli ilə Braziliyanın “Vasko da Qama”, “Flamenqo”, “Botafoqo” və Türkiyənin “Qalatasaray” klubu maraqlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru