Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

29-05-2020, 13:53           
Makqreqor yenidən Həbiblə qarşılaşa bilər
Konor Makqreqorun növbəti rəqibi Həbib Nurməhəmmədov ola bilər.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Makqreqor Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün qalibi ilə qarşılaşmaq ehtimalı yaranıb.

Nurməhəmmədov UFC 249-da Toni Ferqyusonla döyüşməli idi. Lakin rus idmançı koronavirus pandemiyası səbəbindən imtina qərarı almış, onu Castin Qetji əvəzləmişdi. Qetji yekunda Ferqyusona texniki nokautla qalib gəlmişdi. Amerikalının sentyabr ayında Həbib Nurməhəmmədovla titul döyüşünə çıxacağı gözlənilir.

Həbib 2018-ci ilin oktyabrında Makqreqoru məğlub edib. İrland döyüşçünün revanş istəyi hələlik baş tutmayıb.

Makqreqor karyerası ərzində yarım-yüngül, yüngül və yarım-orta çəki dərəcələrində mübarizə aparıb. O, sonuncu döyüşünü yarım-orta çəkidə Donald Serroneyə qarşı keçirmiş və qələbə qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru