Azərbaycanlı sabiq futbolçu ilk döyüşündə uduzdu

30-05-2020, 02:22           
Azərbaycanlı sabiq futbolçu ilk döyüşündə uduzdu
Ukrayna millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev ilk boks döyüşünü keçirib.

"Report"un məlumatına görə, keçmiş yarımmüdafiəçinin rəqibi ukraynalı aktyor və model Nikita Vakulyuk olub. Vakulyuk xal hesabı ilə qalib gəlib.

3 raunddan ibarət görüş "Döyüş" şousu çərçivəsində təşkil olunub. Burada məşhurlar boks qaydaları ilə döyüşlər keçirirlər.

Qeyd edək ki, 35 yaşlı Aleksandr Əliyev Kiyev "Dinamo"sunun heyətində ikiqat Ukrayna çempionu və ölkə kubokunun qalibi olub. O, futbolçu karyerasını 20016-cı ildə başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru