Dünyanın ən çox qazanan idmançılarının siyahısı

30-05-2020, 03:36           
Dünyanın ən çox qazanan idmançılarının siyahısı
“Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

“Report” nəşrin saytına istinadla xəbər verir ki, siyahıda ilk yeri isveçrəli tennisçi Rocer Federer tutub. O il ərzində 106,3 milyon ABŞ dolları qazanıb. Qeyd olunub ki, hazırda 38 yaşlı Federerin 13 müqaviləsi mövcuddur, onların hər biri idmançıya 3 milyon ABŞ dollarından 30 milyon ABŞ dollarına qədər vəsait ödəyir.

“Yuventus” futbol klubunun futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan ikinci idmançısıdır. Portuqaliyalı hücumçu son bir ildə 105 milyon ABŞ dolları qazanıb.

Ən çox qazanan idmançıların siyahısında Lionel Messi ( “Barselona”, 104 milyon ABŞ dolları) və Neymar (PSJ, 95,5 milyon ABŞ dolları) da var.

İlk onluqda həmçinin, basketbolçular Lebron Ceyms (88,2 milyon ABŞ dolları), Stefan Karri ( 74,4 milyon ABŞ dolları) və Kevin Dyurant ( 63,9 milyon ABŞ dolları), qolfçu Tayqer Vuds (62,3 milyon ABŞ dolları) və Amerika futbolunun iki nümayəndəsi Kirk Kazins (60,5 milyon ABŞ dolları) və Karson Vençin (59,1 milyon ABŞ dolları) adları yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru